Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid Ceyhun Mustafazadənin döyüş yolundan bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib

0

  • 05.10.2023-cü il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı Mustafazadə Ceyhun Şükür oğlunun döyüş yolundan bəhs edən “Unudulmayan Qəhrəmanlar” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayon icra hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, AVMVİB-nın İctimai əlaqələr üzrə sədr müavini Məhəbbət Murtuzova, bakmiltv.nin direktoru İlham Rəsulzadə, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Filmin rejissoru, ssenari müəllifləri İlham Rəsulzadə və Ramiz Ağayev çıxış edərək “Unudulmayan Qəhrəmanlar” adlı ekran işinin ərsəyə gəlməsindən danışıblar. Qeyd olunub ki, filmdə şəhid kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttinin əsasını təşkil edib.Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Şəhid Ceyhun Mustafazadənin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıb. Bildirib ki, Ceyhun Mustafazadə və digər şəhidlərimizin xatirələri, əmanətləri heç vaxt diqqətdən kənar qalmayacaq, unudulmayacaqdır. Vətən müharibəsində tarix yazan şəhidlərimiz haqqında filmlərin çəkilməsi, kitabların yazılması, tədbirlərin keçirilməsi vacibdir. İndiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəklər. Şəhidin atası Şükür Adilov çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Xocalı rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığını bildiribdir.Sonra Xocalı rayon Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbinin müəllimi Tahir Muradov səsvermə yolu ilə AVMVİB-nin Sosial məsələlər üzrə sədr müavini təyin edilib. Daha sonra Vətən müharibəsinin fədakar həkimi, gecə-gündüz yorulmadan vəzifə borcunu yüksək səviyyədə yerinə yetirən "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov AVMVİB tərəfindən Fəxri Fərmanla təltif edilib. Həmçinin rayonumuzun ictimai-siyasi həyatında fəallığı ilə fəqlənən, şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşan Lamiyə Qarayeva İctimai Birliyinin təsis etdiyi "Böyük Zəfər" xatirə medalı ilə təltif edilib. Tədbirin sonunda şəkilləri çəkdirilib. Qeyd edək ki, Vətən Müharibəsinin cəsur kəşfiyyatçılarından biri də Mustafazadə Ceyhun Şükür oğludur. Ceyhun Mustafazadə 1997-ci il yanvar ayının 27-də Ağcabədi rayonu Sarıcalı kəndində anadan olub. Əsgərlik borcunu yerinə yetirdiyi vaxtda Günnüt əməliyyatında iştiak edib. Müddətdən artıq həqiqi hərbi xidmətə yazılan Ceyhun Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı döyüş əməliyyatlarına qatılıb. Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Ceyhun subay idi. Şəhidimiz Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.Ölkə başçısının müvafiq Sərəncamları ilə Mustafazadə Ceyhun Şükür oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.Ruhu şad olsun.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib41 dəfə
    Şəhid ceyhun mustafazadənin döyüş yolundan bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib

    Maraqlı gələ bilər
    53